Azərbaycan Respublikasının Nazirlər kabinetinin 21 dekabr 2018-ci il tarixli qərarına əsasən “Sahibkarlıq subyektlərinin meyarları” müəyyənləşdirilmişdir.Bu meyarlar 4 kateqoriyaya ayrılır.
·Mikro sahibkarlıq
·Kiçik sahibkarlıq
·Orta sahibkarlıq
·İri sahibkarlıq
Bu sahibkarlıq kateqoriyaları müəyyənləşdirilərkən 2 göstərici əsas götürülür:
·İşçi sayı
·İllik dövriyyə
Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyaları |
İşçilərinin orta siyahı sayı (nəfər) |
İllik gəliri (ig) (min manat) |
Mikro sahibkar |
1 - 10 |
ig ≤ 200 |
Kiçik sahibkar |
11 - 50 |
200 < ig ≤ 3 000 |
Orta sahibkar |
51 - 250 |
3 000 < ig ≤ 30 000 |
İri sahibkar |
251 və ondan yuxarı |
30 000 < ig |
Sahibkarlıq subyektlərinin kateqoriyalara bölünməsi meyarları aşağıdakı cədvəldəki kimi müəyyənləşdirilir:
Qeyd:
1. İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.
2. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.
3. Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektləri kimi müəyyənləşdirilməsi onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən həmin hesabat ilinin sonunadək olan dövr üzrə artan yekunla gəlir göstəricisi müəyyən edildiyi halda gəlir göstəricisi əsasında, gəlir göstəricisi müəyyən edilmədiyi halda isə işçi sayı əsas götürülməklə həyata keçirilir. Həmin sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən ilk hesabat ilinin sonunadək olan dövrü əhatə edən təqvim ilinin nəticələri üzrə təqdim edilən hesabatlara əsasən gəlir və işçilərin orta siyahı sayı göstəriciləri dəqiqləşdirilir və onlardan daha yüksək olanı əsas götürülməklə vergi ödəyicisinin meyarlar üzrə bölgüsü təkrar müəyyən edilir.
4. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır.
Mənbə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı
Mənfəət vergisi
Mənfəət vergisi adından da göründüyü kimi sahibkarın vəya hüquqi şəxsin mənfəətindən (gəlir-xərc=mənfəət) ödənilən vergidir. Azərbaycan Respublikasının VM-sinin 105.1-ci maddəsinə əsasən mənfəət vergisi 20%-dir.
Mənfəət vergisini hesablamaq üçün 2 göstəricini hesablamaq lazımdır:
- Gəlir
- Xərc
Gəlir dedikdə, VM-sinin 104.1-ci maddəsinə əsasən Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) nəzərdə tutulur.
Xərc dedikdə, Gəlirin əldə olunması üçün çəkilən xərclər nəzərdə tutulur.Bu xərclərə VM-nin 109-cu maddəsində nəzərdə tutulan Gəlirdən çıxılmayan xərclər nəzərə alınmır.
VM-sinin 106.1.20 maddəsinə əsasən mikro sahibkarlıq subyektləri mənfəətin 75%-dən azaddırlar.